DÜNYA
Səudiyyə Ərəbistanı Krallıq elan olunmasının 92-ci ildönümünü qeyd edir
Qahirə, 23 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanında milli bayram - Krallıq elan edilməsinin 92-ci ildönümü geniş şəkildə qeyd edilir.
AZƏRTAC Saudi Press agentliyinə istinadla xəbər verir ki, bu münasibətlə teatr, musiqi festivalları, həmçinin aviaşoular təşkil olunub. Paytaxt Ər-Riyadın küçə və meydanları yaşıl bayraqlarla bəzədilib, iki gün ərzində Krallıq Hava Qüvvələrinin pilotları nümunəvi uçuşları həyata keçirəcək. Gecə saatlarında isə sakinlərə konsert proqramı təqdim ediləcək, habelə atəşfəşanlıq olacaq.
Ciddə şəhərində də Qırmızı dənizin sahilində atəşfəşanlıq və mədəniyyət festivalı olacaq. Səudiyyə Ərəbistanının milli bayramı münasibətilə nəhəng monitorlarda ölkənin tarixindən bəhs edən sənədli filmlər nümayiş etdiriləcək.
Krallığın Dəmmam, Abha, Nəcran və digər şəhərlərində də bayram tədbirləri keçirilir.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə