Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Səudiyyə Ərəbistanında keçirilən tədbirdə Azərbaycanın ədalətli mövqeyindən danışılıb

Ər-Riyad, 25 oktyabr, AZƏRTAC

Ər-Riyadda yerləşən Rus-Ərəb Tədqiqatları və İnformasiya Mərkəzinin təşəbbüsü ilə “Qarabağ… Azərbaycan-Ermənistan böhranının oxu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, mərkəzdə keçirilən tədbirdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev, Azərbaycan Silahlı Qüvvələrinin bu ölkədəki müdafiə attaşesi, səfirliyin ikinci katibi İmran Sadıxov, tanınmış səudiyyəli politoloqlar, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərkəzin rəhbəri Macid Ət-Turki iştirakçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Natiq humanitar təşkilatın nümayəndəsi qismində 1990-cı illərdə ölkəmizdə olmasından və Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma torpaqlarından qovulmuş azərbaycanlı qaçqınlarla görüşlərindən, habelə həmin dövrdə Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevin siyasi dühasından və Azərbaycanın bir çox regional güclərin hədəfi halına gəlməsindən danışıb. M.Ət-Turki, həmçinin 2016-cı ilin Aprel döyüşləri, Ermənistanın təxribatı nəticəsində cari ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən döyüşlər və Azərbaycan Ordusunun sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları barədə məlumat verərək Səudiyyə Ərəbistanının münaqişə ilə bağlı mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin təşkilində dəstəyə görə mərkəzin direktoruna təşəkkürünü bildirən səfir Ş.Abdullayev Qarabağın tarixindən, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrindən, ermənilərin İran və Anadoludan Qarabağa köçürülməsindən danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektlərinə toxunub. Dağlıq Qarabağın əsrlərboyu, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövründə ölkəmizin tərkib hissəsi olduğunu bildirən diplomat Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının ötən əsrin 80-ci illərinin sonlarından etibarən başladığını, Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz aktı törədərək Dağlıq Qarabağ və ona bitişik olan 7 rayonu işğal etdiyini vurğulayıb. Müharibə nəticəsində minlərlə insanın həyatını itirdiyini bildirən səfir BMT Təhlükəsizlik Şurasının ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tamamilə işğal edilmiş torpaqlardan çəkilməsini tələb edən qətnamələrini qeyd edib.

Hazırda davam edən hərbi toqquşmalarla bağlı suala cavab verən Ş.Abdullayev Ermənistan müdafiə nazirinin "yeni ərazilər üçün yeni müharibə" iddiasını sitat gətirərək Ermənistanın iyul və avqust aylarında törətdiyi təxribatlardan bu ölkənin müharibəyə açıq şəkildə hazırlaşmasından, sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq, mülki şəxslərin və sıx məskunlaşma yerlərinin təhlükəsizliyini təmin etmək məqsədilə, habelə özünü müdafiə hüququndan çıxış edərək və beynəlxalq humanitar hüququn tələblərini gözləyərək əks-hücum tədbirləri gördüyünü diqqətə çatdırıb. O, Azərbaycanın öz torpaqlarında ərazi bütövlüyünü bərpa etmək və Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etmək üçün vuruşduğunu vurğulayıb.

Ş.Abdullayev Ermənistanın mülki əhalini və infrastrukturu atəşə tutmasının səbəb olduğu itki və zərərlər barədə məlumat verərək düşmənin mülki əhalini məqsədyönlü şəkildə atəşə tutmaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də beynəlxalq humanitar hüququ və 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud səkildə pozduğunu bildirib. O, Azərbaycanın öz mülki əhalisini müdafiə etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək haqqına malik olduğunu bildirərək son gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərində olduğunu qeyd edib.

Diplomat Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyib. Əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri öz mandatlarına uyğun olaraq Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməsini tələb etməli və ona təzyiq göstərməlidir, vasitəçilik səyləri isə yalnız Ermənistanın beynəlxalq hüquqa riayət etdiyi və işğal edilmiş ərazilərdən dərhal çəkilməyə başladığı halda uğurlu ola bilər. Diplomat Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqlik nümayiş etdirdiyini, Ermənistanın isə münaqişənin sülh yolu ilə həllini istəmədiyini bildirib.

Ermənistanın yeni rəhbərliyinin törətdiyi təxribatçı əməlləri vurğulayan səfir N.Paşinyanın sərsəm "Qarabağ Ermənistandır." bəyanatının, onun dəfələrlə işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etməsinin, oğlunu işğal altındakı ərazilərə hərbi xidmətə göndərməsinin, mart ayındakı qondarma seçkilərin, Şuşada qondarma andiçmə mərasiminin təşkil edilməsinin və qondarma rejimin "paytaxt"ının Şuşaya köçürmək niyyətinin danışıqlar prosesini pozan məqsədyönlü təxribat əməlləri olduğunu diqqətə çatdırıb.

Rus-Ərəb Tədqiqatları və İnformasiya Mərkəzinin rəhbəri Macid Ət-Turki Səudiyyə Ərəbistanında ictimai rəyin Azərbaycanın tərəfində olduğunu, bunun çox mühüm amil kimi gözardı edilməməsinin zəruriliyini qeyd edib.

Beynəlxalq münasibətlər və sərhəd məsələləri üzrə professor Əbdürrəhman Əş-Şəmlan isə çıxışında XX əsrin əvvəllərində beynəlxalq münasibətlər sistemində baş verən proseslərdən, Osmanlı dövləti ilə Rusiya arasındakı rəqabətdən, Cənubi Qafqazda cərəyan edən hadisələrdən və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıb. Natiq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu vurğulayaraq sovet hakimiyyəti dövründə Ermənistan və Azərbaycanla eyni səviyyədə davranılmadığını və bunun bir çox səbəblərinin olduğunu söyləyib. Ə.Əş-Şəmlan Azərbaycanda məzhəbçilik meyillərinin güclü olmadığını və milli dəyərlər amilinin üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Ermənistanla bağlı fikirlərini bölüşən professor erməni krallıqları ilə bağlı iddiaların əsassız olduğunu deyib.

Tanınmış səudiyyəli jurnalist və siyasi şərhçi Süleyman Əl-Uqeyli özündən əvvəlki natiqlərin daha çox münaqişənin tarixi aspektlərindən bəhs etdiklərini vurğulayaraq problemin siyasi tərəfləri barədə danışmaq istədiyini bildirib. O, münaqişənin geosiyasi tərəflərinə toxunub.

Sonra Ş.Abdullayev və Ə.Əş-Şəmlan iştirakçıların suallarını cavablandırıblar. Çıxış edənlər beynəlxalq hüquq və ədalət prinsipləri nöqteyi-nəzərindən Azərbaycanın haqlı olduğunu vurğulayıblar.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir