İDMAN


“Shamkir Chess-2018” superturnirinin birinci turunda bütün partiyalar heç-heçə ilə yekunlaşıb

Şəmkir, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2018” superturnirinin birinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun bütün partiyalarında heç-heçə qeydə alınıb.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Qarşılaşma 50-ci gedişdən sonra “sülh”lə yekunlaşıb. Digər şahmatçılarımız Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalov, Rauf Məmmədov isə Çexiya təmsilçisi David Navara ilə xalları yarı bölüblər.

Turun digər oyunlarında Hollandiya şahmatçısı Aniş Giri rusiyalı Sergey Karyakin, çinli Dinq Liren isə polşalı Radoslav Voytaşek ilə heç-heçə ediblər.

Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.