İQTİSADİYYAT
“Shell” istixana qazı emissiyalarını 50 faiz azaltmağı hədəfləyir
Bakı, 9 mart, AZƏRTAC
Dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Royal Dutch Shell” 2050-ci ilə qədər istixana qazı emissiyalarını 50 faiz nisbətində azaltmağı hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Hyustonda keçirilən “IHS Markit CERAWeek 2018” enerji konfransındakı çıxışında şirkətin baş icraçı direktoru Ben van Beurden deyib.
O bildirib ki, hər növ enerjidəki istixana qazı emissiyalarının 85 faizdən çoxu istehlakçılar tərəfindən yaranır: “Shell” hazırda yarı-yarıya olan neft-qaz portfelində təbii qazın payını 75 faizə çatdıra bilər. Şirkət, həmçinin külək enerjisinə də diqqəti artıracaq. “Shell” biokütlədən alınan ildə təxminən 50 milyard litr yanacaq sata bilər. Karbon saxlama texnologiyası sayəsində şirkət hər il 20 milyon tondan çox karbon dioksid qazını depolaya biləcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]