DÜNYA
Şiddətli davam edən sel və daşqınlar Türkiyədə iki körpünü uçurub
Ankara, 27 iyun, AZƏRTAC
Türkiyənin Qara dəniz sahillərinə yaxın bölgələrdə güclü yağış və sel səbəbindən yaranan daşqınlar böyük fəsadlar törədib. Leysan, sel və daşqınlar davam edir.
AZƏRTAC xəbər verir ki, ən güclü leysan Kastomunu vilayəti ərazisində müşahidə olunur. Güclü sel vilayətin İnebolu bölgəsində iki körpünü, aşağı səviyyədə olan avtoparkları və yaşıllıq əraziləri yuyub aparıb.
Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici qüvvələri təbii fəlakət bölgəsinə cəlb olunublar.
Metroloqlar Anadolunun şimal-şərqində, eləcə də Ankara vilayəti bölgəsində güclü yağış, sel və daşqınların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]