CƏMİYYƏT
Sinoptiklərdən xəbərdarlıq: Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək
Bakı, 22 iyul, AZƏRTAC
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xəbərdarlığa əsasən, iyulun 23-24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, yarımadanın bəzi yerlərində arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.
Xəbərdarlığa görə, iyulun 24-ü gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi bildirilir.