CƏMİYYƏT
Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu enəcək, yağış yağacaq
Bakı, 20 iyul, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşamdan iyulun 23-dək havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20, arabir 23-25, yarımadanın bəzi yerlərində 28-30 metr/saniyəyədək güclənəcəyi, gecə və səhər saatlarında yağış yağacağı gözlənilir.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşam şimal və qərb rayonlarından başlayaraq iyulun 25-dək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, saniyədə 15-20, iyulun 21-də gündüz və iyulun 22-də ayrı-ayrı yerlərdə arabir 25-30 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.