DÜNYA
Sinqapurda “əkiz” göydələnlər tikiləcək
Bakı, 30 noyabr, AZƏRTAC
Sinqapurdakı “Avenue South Residence” göydələn layihəsi “ADPP” memarlıq studiyası tərəfindən təqdim edilib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, layihə çərçivəsində 56 mərtəbəli “əkiz” binaların ucaldılması nəzərdə tutulur. Onların özəlliyi isə müasir yığma texnologiyaların tətbiqi ilə bağlıdır.
Binaların mənzil strukturunun təxminən 80 faizi ərazidən kənarda tikiləcək, burada modulların montajından əvvəl hidroizolyasiya, kirəmit, rəngləmə, şüşələmə, doğrama və santexnika işləri görüləcək.
Kompleksdə 988 mənzil, o cümlədən bir neçə ticarət obyekti, uşaq bağçası, restoran və kafe nəzərdə tutulub.
Layihənin 2023-cü ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır. Mütəxəssislərin fikrincə, bu, dünyada yığma konstruksiyalı ən hündür göydələn olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]