DÜNYA
Şinzo Abe kimyəvi silahın tətbiqinə qarşı mübarizəni dəstəklədiyini bildirib
Tokio, 14 aprel, AZƏRTAC
Yaponiyanın Baş naziri ABŞ, Böyük Britaniya və Fransanın Suriya administrasiyasının mülki vətəndaşlara qarşı kimyəvi silah tətbiq etməsi ehtimalına görə bu ölkəyə hərbi hücumunu şərh edib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Şinzo Abe kimyəvi silah tətbiq edilməsini qeyri-humanist akt və yolverilməz addım adlandırıb. Baş nazir deyib ki, Yaponiya hökuməti ABŞ, Böyük Britaniya və Fransanın kimyəvi silahların yayılması və istifadəsinə qarşı öhdəliklərini dəstəkləyir. Ş.Abe vurğulayıb ki, hücumun vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə təşkil edildiyini başa düşür.
Baş nazir, eyni zamanda, məsələni müzakirə etmək üçün Yaponiya Milli Təhlükəsizlik Şurasını toplayacağını da bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]