REGİONLAR


Şirvanda ağacəkmə aksiyası keçirilib

Şirvan, 9 noyabr, Mahir Babayev, AZƏRTAC

Şirvan Apellyasiya Məhkəməsinin kollektivinin təşəbbüsü ilə şəhərdə “Azərbaycan ədliyyəsinin 100 illik yubileyi”nə həsr olunan ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya Şirvan şəhərindəki Şəhidlər xiyabanının ərazisində keçirilib və 100 həmişəyaşıl ağac əkilib.

Apellyasiya Məhkəməsinin kollektivi ilə yanaşı, şəhər, inzibati-iqtisadi məhkəmələri hakimlərinin, Şirvan Regional Ədliyyə İdarəsinin, icra və probasiya, qeydiyyat şöbələrinin, Şirvan şəhər 1 nömrəli notariat kontorunun, Məhkəmə Ekspertizası Mərkəzinin regional bölməsinin əməkdaşlarının iştirakı ilə keçirilən aksiya zamanı yeni əkilən ağac tingləri suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.