REGİONLAR
Şirvanda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər tutulub
Şirvan, 24 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı” və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Yusif Hüseynzadə, Daxıl Hüseynov, Zakir Məmmədov, Kamal Cəfərov və Tacir Əliyev olduqları müəyyən edilib.
Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]