REGİONLAR


Siyəzəndə dörd yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

Siyəzən, 17 avqust, Elxan Yusifli, AZƏRTAC

Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunun tikintisi sürətlə davam edir. Yenidən qurulan yol iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir.

AZƏRTAC xəbər verir ki, 24,8 kilometr uzunluğundakı yol iki hərəkət zolaqlıdır. Hazırda yol əsasının salınması işləri yekunlaşmaq üzrədir. Yolun eni çiyinlərlə birlikdə 12 metr, hərəkət hissəsi isə 7 metr olacaq. Hazırlıq işləri başa çatdıqdan sonra yolun asfaltlanmasına başlanılacaq.

Avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə ölkə başçısının Sərəncamına əsasən 7,1 milyon manat vəsait ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.