MƏDƏNİYYƏT


Soçidə “Çeburaşka və Timsah Gena” cizgi filminin 50 yaşı qeyd edilib

Bakı, 16 mart, AZƏRTAC 

Soçidə, “Roza Xutor” kurortunda “Soyuzmultfilm” kinoşirkətinin Sovet dövründən hamımıza yaxşı tanış olan qəhrəmanları Çeburaşka və Timsah Genanın 50 illik yubileyinə həsr olunmuş “BoogelWoogel” festivalı keçirilib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 600-dən çox insan Çeburaşka və Timsah Genanın şərəfinə karnaval sürüşməsində iştirak edib. Bu barədə jurnalistlərə festivalın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir: “Karnaval kostyumu geyinmiş 627 insan Soçidə “BoogelWoogel” festivalında xizək və snoubordlarla sürüşüb. “Soyuzmultfilm” kinoşirkətinin yubilyarları Çeburaşka və Timsah Gena bu hadisənin rəmzi olub”.

Münsiflər heyətində Çeburaşka, Timsah Gena və “Soyuzmultfilm” kinostudiyasının nümayəndələri təmsil olunublar. Onlar ən yaxşı karnaval kostyumlarına görə nominasiyalarda qalibləri müəyyən ediblər.

“Soyuzmultfilm” kinostudiyasının ictimaiyyətlə əlaqələr üzrə direktoru Anna Usaçova deyib: “2019-cu ildə cizgi filmi qəhrəmanları Çeburaşka və Timsah Genanın 50 yaşı tamam olur. Məşhur qəhrəmanlar haqqında ilk cizgi filmi – “Timsah Gena” 1969-cu ildə işıq üzü görüb. Bu, həqiqətən də qeyri-adi fenomen idi. Həmin qəhrəmanların sərgüzəştləri barədə cəmi dörd cizgi filmi çəkilsə də, onlar ötən onilliklər ərzində əsl xalq folkloru qəhrəmanlarına çevriliblər”.

Ənənəvi “BoogelWoogel” festivalı Soçidə 2016-cı ildən keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.