Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Solmayan rənglər, “danışan” rəsmlər və ya 75 illik ömrün tabloya sığmayan görüntüsü VİDEO

Bakı, 5 aprel, AZƏRTAC

Onun çəkdiyi rəsmlər “danışır”. Bu rəsmlər Mirzə Ələkbər Sabirin mahiyyətcə dərdlərimizə çox sərt “bədii güzgü” tutan şeirlərinin dili ilə danışır. Milli faciələrimizin ümumiləşdirilmiş görüntüsü olan bu rəsmlər insanları güldürməkdən daha çox, düşündürəcək məqamlarla zəngindir. Onun əsərləri həm də nağıllarımızın, dastanlarımızın qəhrəmanlarının dili ilə danışır. Baharın qəlbə rahatlıq gətirən bir yaz günündə biz də Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, “Miniatür və kitab qrafikası” bölməsinin sədri, Xalq rəssamı, professor Arif Hüseynovun Müasir İncəsənət Muzeyində açılmış “Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisinə baxdıq, həm də emalatxanasında rəssamla həmsöhbət olduq. Sərgidə rəssamın bir-birindən maraqlı, rəngarəng əsərlərinin qəhrəmanları ilə “danışmaq” imkanımız da oldu. Onun çəkdiyi rəsmlərin sehrinə dalmaqla yanaşı, həm də bu rənglərin işığında rəssamın keçdiyi ömür yoluna bir daha nəzər saldıq.

Xalq rəssamı Arif Hüseynovla bağlı hazırladığımız geniş yazını AZƏRTAC-ın oxucularına təqdim edirik.

Onu rəssam edən inadkarlığı olub

O gün 75 illik bir sənət fədaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, Arif müəllim könlünü rənglərə lap uşaqlıqdan bağlayıb. Rəsm çəkməyə 5-ci sinifdə başlayıb. Onda böyük dərnəklər olmasa da, kitablarda gördüyü şəkillərdən köçürmələr edib. Atası, anası Bakının Qala kəndindən olduğundan uşaqlığı Bakıda - ən qaynar guşələrdən sayılan məşhur “Sovetski”də keçib. Atası müəllim, anası isə zavodda fəhlə işləyib. Atasını üç yaşında itirib. Amma özünü itirməyib, min bir əziyyətlə könül bağladığı sənətin sirlərini öyrənməyi bacarıb. O illəri kövrək xatirələrlə anan həmsöhbətim deyir ki, atasının vəfatından sonra ailənin çətinliyi anasının üzərinə düşüb: “Anam işə gedəndə qapını açarla bağlayardı, bacım və mən günümüzü kitab oxumaqla keçirərdik. Rəssam olmasaydım, bəlkə də ədəbiyyatçı olacaqdım”.

O, 1960-1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində orta ixtisas, 1965-1972-ci illərdə isə Mədəniyyət və İncəsənət İnstitutunda ali təhsil alıb. Arif müəllim deyir: “Məni rəssam edən inadkarlığım oldu. Belə ki, 173 nömrəli məktəbdə oxuyurdum. Qoqolun “Müfəttiş” əsərinin obrazları barədə inşa yazmalı idik. Düşündüm ki, yazı yazmaqdansa, bəlkə əsərdəki obrazların rəsmini çəkim. Obrazların portretini çəkdim və fikirləşdim ki, bu, müəllimimin xoşuna gələcək. Lakin hər şey əksinə oldu. Müəllim bu hərəkətimə görə bərk əsəbiləşdi və dəftəri cırdı. Bundan sonra qəti qərara gəldim ki, mütləq rəsm çəkəcəyəm və özümü təsdiq edəcəyəm. O gündən fırça mənim ən yaxın dostumdur, hər zaman mənimlədir”.

Əsl yaradıcı adamlar həmişə axtarışda olur. Arif müəllimi dinlədikcə görürsən ki, 75 yaşı olmasına baxmayaraq, o qədər planları var ki.

1975-ci ildən Rəssamlar İttifaqının üzvü olan Arif Hüseynov 40 ildən artıqdır ki, ardıcıl yaradıcılıqla məşğuldur. Bu dövrə kimi, əsasən, dəzgah və kitab qrafikası ilə məşğul olub. Ölkəmizlə yanaşı, Türkiyə, Almaniya, Yaponiya, Hollandiya və Rusiyada fərdi sərgiləri açılıb.

“Hophopnamə”yə münasibətdə ənənəviləşən
bədii şərhə yeni çalarlar əlavə etməyi bacaran rəssam

Gənclik illərində olduğu kimi, yenə də yaradıcılıq eşqi ilə ciddi əsərlər üzərində çalışan Xalq rəssamı son illər bir sıra təkliflərlə çıxış edib və bir neçə layihəni reallaşdırıb. İlk dəfə Mirzə Ələkbər Sabirin ölməz “Hophopnamə”sinə münasibətdə ənənəviləşən bədii şərhə yeni çalarlar əlavə etməyi bacarıb. Düzdü, bu, heç də birmənalı qarşılanmayıb. Deyərdim ki, hətta Azərbaycan kitab məkanında böyük səs-küyə, mübahisələrə səbəb olub. Amma sonda bu mübahisələrin nəticəsi rəssamın xeyrinə dəyişib. Hamı, eləcə də M.Ə.Sabirə yeni bədii baxışın əksinə olanlar tərəfindən dahi şairi başqa cür də “oxumağın” mümkünlüyü qəbul olunub. M.Ə.Sabirin anadan olmasının 150 illiyi münasibətilə çap olunan “Hophopnamə”yə verdiyi tərtibat və bu nəşrin bütün mənalarda çəkisini artıran 40 yeni rəsm də özünəməxsus bədii həlli, bu vaxta qədər bu yöndə elədiklərinin uğurlu sintezi kimi qəbul edilib. Demək olar ki, rəssam bu əsərlərdə şairin dillər əzbəri olan əksər şeirlərinə münasibət bildirib. O kitab Astanada beynəlxalq kitab sərgisində mükafata layiq görülüb.

A.Hüseynov yerli və xarici müəlliflərin bir çox kitabları üçün illüstrasiyalarda ölkəmizin ənənəvi prinsiplərinin müasir izahını verməyə çalışıb. Çəkdiyi illüstrasiyalardan bəzilərini - Nizami Gəncəvinin “Fitnə”, Səməd Vurğunun “Lirikası”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Korney Çukovskinin “Doktor Aybolit”ini göstərmək olar.

Gördüyü işlərlə bağlı fikirlərini ümumiləşdirən fırça ustası deyir: “Rəssamlar kitabı fərqli oxuyur, bir var oxucu, bir də var rəssam kimi. Mən hesab edirəm ki, ümumiyyətlə, klassikanı hər dövrdə işləməlidirlər, öz dövrünə görə onu açmalıdırlar. Misal üçün Servantesin Don Kixot əsərini neçə-neçə rəssam çəkib, onların sırasında Pablo Pikasso da var. Bunu demək istəyirəm ki, “Hophopnamə” də bizim vacib əsərlərimizdəndir. Ona görə də istərdim ki, buna cavan rəssamlar da müraciət etsinlər. Mən görmədiyim hissləri, hadisələri XXI əsrin gözü ilə baxsınlar”.

Nağıl kimi rəsmlər

Arif Hüseynov ilk dəfə gənc rəssam kimi “Göyərçin”lə əməkdaşlığa başlayıb. Ondan əvvəl bu jurnalda dövrün tanınmış rəssamları çalışıb. “Göyərçin” bütün ölkə üzrə minlərlə oxucuya malik idi, buna görə də onun illüstrasiyaları daha geniş auditoriyaya çatırdı. Rəssam indi də jurnalla əməkdaşlıq edir. Bəlkə də elə bunun nəticəsidir ki, nağıllarımıza sonsuz sevgi ilə vurulub. Nəticədə “Azərbaycan nağılları” layihəsində 30 nağıl əsasında 40-a yaxın rəsm çəkib. Nə az, nə çox, düz bir il uşaq vaxtı sevə-sevə oxuduğu nağılları yenidən vərəqləyib və onları öz baxışına görə rəsmlərə köçürüb. Layihənin nəticəsi olaraq yüksək səviyyədə çap olunan kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan və ingilis dilində hazırlanıb.

Rəssam tövsiyə edir ki, insanlar nağılları bir uşaq vaxtı, bir də qocalanda oxusunlar. Çünki uşaq vaxtı oxuyanda bir başqa gözlə baxırsan, yaşlı vaxtı oxuyanda isə bir az təcrübə və ağılla sətiraltı mənaları görürsən.

Aqillərin “Nağıl dili yüyrək olar” deyimi, yəqin ki, rəssam üçün nağılların “bədi oxunuşu”nda təkanverici amil olub. Təsvirdə yorucu nəqlilikdən qaçan rəssamın nağıl yaradıcılığında rəmz-məcaz sadəcə üslub görüntüsü olmayıb, bilavasitə onun dünyanı obrazlı dərkidir. Rəmz məcazın bütöv-tam düşüncə daşıyıcılığı ilə yanaşı, həm də duyulası dərəcədə yığcam - qənaətcil olması da Arif Hüseynovun seçiminin məntiqliliyinin təsdiqidir.

Azərbaycan nağıllarını, dastanlarını illüstrasiya formasında ərsəyə gətirən Arif Hüseynov bununla bir ilkə imza atıb.

O, uşaqlarla işləməkdən zövq alır. Sənətkarın “Azərbaycan nağılı” silsiləsinə daxil olan əsərləri göstərir ki, Arif Hüseynov özündə ənənə ilə müasirliyin bədii vəhdətini yaşadan fərdi ifadə üslubunu sərgiləyə bilib.

Ağdan qarayadək milyon
rəng var, onu görmək lazımdır

Arif müəllim əsasən qrafika janrında çalışıb. Qrafikanın predmeti, rəngi ağ və qaradır. “Ağdan qarayadək milyon rəng var, onu görmək lazımdır”, - deyir rəssam.

O, əsərlərini xüsusi texnika ilə işləyir. Bu texnika heç bir rəssamda yoxdur. 2006-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Arif Hüseynovun və oğlu Orxanın Tokioda sərgisi açılıb. Bu sərgi rəssama özünü yenidən kəşf etməkdə, tapmaqda bir təkan olub. Məhz bu sərgidən sonra onun yaradıcılığında böyük dönüş yaranıb. Ondan sonra rəsmlərini özünəməxsus üslubda işləməyə başlayıb. Belə ki, xalçanın ilmələrini, düyünlərini rənglərə çevirib. Bundan sonra maraqlı ideya yaranıb. Buna görə də onun əl işləri istər qrafikada, istərsə də digər əsərlərdə seçilir.

“Xalq Bank”ın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində aşıq poeziyasına aid üç kitab çap olunub. Bu kitablarda yer alan rəsmlərin hazırlanması Arif müəllimə həvalə olunub. Birinci hissəyə qoşmalar, gəraylılar və s. daxildir. İkinci kitabda məhəbbət dastanları, üçüncüdə isə qəhrəmanlıq dastanları yer alıb. 55 işin yer aldığı layihə çərçivəsində həm kitab hazırlanıb, həm də sərgi təşkil edilib.

Bundan başqa, Məhsəti Gəncəvinin rübailərinə 40 miniatür həsr olunub. Bu əsərlər Gəncə şəhərində Məhsəti Gəncəvi Mərkəzində nümayiş olunur.

Arif Hüseynovun maraq dairəsi çox genişdir. O, ədəbi qəhrəmanları asanlıqla təxəyyülündə canlandıra, ifadəli cizgilərlə onlara obrazlı görkəm verə bilir. Onun M.Ə.Sabirə müraciəti rəssamın yaradıcılığının ən yüksək pilləsi hesab olunur. “Qarabağ şikəstəsi”, “Mis qablar”, “Aşıq”, “Kəndirbazlar” və digər əsərlərində rəssamın qədim miniatür sənəti ənənələrinə bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və təəssübkeşliyi də qabarıq hiss edilir.

Bir ailədə iki rəssam

Yeri gəlmişkən qeyd edək ki, rəssamın oğlu Orxanın 1999-cu ildə köhnə Bakıya aid “Mənim nağıl şəhərim” adlı sərgisi açılıb. O, hazırda “YARAT” Müasir İncəsənət Məkanı ilə işləyir.

Arif müəllim deyir: “Rəssamlıqda sənətkar olmaq üçün 3 əsas amil var. Bunlardan biri müşahidəçilik, ikinci səbir, üçüncü isə inadkarlıqdır. Orxanda mən bu xüsusiyyətləri gördüm. Əvvəllər folklorla işləyirdi, indi isə müasir incəsənətlə məşğuldur. Əsərlərində milli elementlər var”.

Uzun illərdir ki, rəssam vaxtının bir hissəsini gənc nəslin nümayəndələri, uşaq və yeniyetmələrlə işləməyə sərf edir. Azərbaycan təsviri incəsənətinin gələcəyi üçün yeni rəssamlar hazırlayır.

Xalq rəssamı həm də yeni rəssamlar nəslinin yetişməsinə, əslində Arif Hüseynov məktəbinin davamlı olmasına çox böyük səy göstərir. Məhz bunun nəticəsidir ki, emalatxanada bir otağı studiya edib. Məqsədi Azərbaycan miniatür sənətinə həvəs göstərənlərə bu sənəti təlqin etməkdir. Yeni yaranmasına baxmayaraq, hazırda studiyanın onlarla üzvü var.

“Qarabağnamə - tarixin
səhifələri”nə güzgü tutan fırça ustası

Müasir İncəsənət Muzeyində sərgilənən rəsmləri Arif Hüseynov ürəyinin diktəsi ilə yaradıb. Bunun üçün nə kimsə ona sifariş verib, nə də xahiş edib. O, mənsub olduğu xalqın zaman-zaman qarşılaşdığı problemlərə, üzləşdiyi faciələrə, müsibətlərə biganə qalmayaraq bunları tabloya köçürməklə həm də tarixi həqiqətlərin nədən ibarət olduğunu insanlara çatdırmaq istəyib. İstəyib ki, xalqımız baş verənlərin səbəblərini özləri üçün aydınlaşdırmağı bacarsın, ağı qaradan seçsin, tariximizi yaxşı öyrənsin.

Arif Hüseynov bayaq dediyimiz kimi, son illərdə xalqımızın haqq işi olan Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılmasına öz töhfəsini vermək üçün bir layihə fikirləşib. 2013-cü ildən 2018-cı ilədək 5 il ərzində 50-ə yaxın əsər hazırlayıb. Alban dövlətindən başlayaraq Pyotrun ermənilərə məktubu, Qarabağ musiqiçiləri, mənzərələri, Qarabağda baş verən hadisələri qrafika janrında çəkib. Əsərlərin üstündə Azərbaycan və ingilis dillərində yazılar yazıb.

Onu gördüyü bu qiymətsiz işin nəticəsi olaraq Müasir İncəsənət Muzeyində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsəri nümayiş olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub. Bədii ictimaiyyətin böyük marağına səbəb olan sərgidəki əsərlər qravüra janrında işlənilib. Sərgi bütövlükdə tarixi faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır.

Xalqımızın tarixində yaşanan kədərli və fərəhli hadisələrə hər zaman sənətkarlarımız tərəfindən bədii münasibət göstərilib. Xocalı soyqırımı xalqımızın tarixində elə dəhşətli hadisələrdəndir ki, ona münasibət göstərməmək qeyri-mümkündür. Arif Hüseynovun əsərlərində tarixə, yaşanılan hadisələrə sənədli münasibət mövcuddur.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov söyləyib ki, sərgidəki əsərlərdə xalqımızın ağrı-acıları əks olunub. Belə sərgilər mütəmadi olaraq təşkil edilməlidir.

Rəssamın sərgidə yer alan rəsmlərinin tarixi əhəmiyyətindən, yüksək bədii dəyərindən söz açan sənətşünas alim Ziyadxan Əliyev deyib: “Müasir İncəsənət Muzeyində ictimaiyyətə ilk dəfə təqdim olunan Xalq rəssamı, professor Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” silsiləsi Qarabağ problemini özündə əks etdirən çox əhəmiyyətli əsər kimi qəbul olundu. Azərbaycan xalqının uzaq-yaxın keçmişinə cəlbedici və yaddaqalan “bədii güzgü” tutan bu silsiləni sözün əsl mənasında tamaşaçısını duyğulandıra biləcək sənət nümunəsi hesab etmək olar. Bu silsilə say etibarilə 50 qrafik lövhədən ibarət olsa da, əslində onlar məna-məzmun yükünə görə bütöv - bir əsər kimi baxılırlar...

Bu silsilənin inandırıcı tutumda gerçəkləşdirilməsi üçün Arif Hüseynov əvvəlcə Qarabağ və onu başqaları üçün göz dağına çevirən səbəblər barəsində kifayət qədər material toplayıb. Respublikalımızın tanınmış tarixçiləri, politoloqları, etnoqrafları və sənət tədqiqatçıları görüşlərdən sonra nə edəcəyini bilən rəssam qarşısında duran yaradıcı vəzifənin həllinə başlayıb. Yaradılan hər bir əsəri rəssam düşüncəsi ilə cəmiyyət arasında körpüyə bənzədən Arif Hüseynov, bu səbəbdən beş il ərzində baş-başa qaldığı Qarabağ mövzusunu - yaşanmaqda olan torpaq itkisinin ağrılarını fərdi yaradıcı təxəyyülünə bələməklə, düşmən məkrini ifşa edə biləcək çox təsirli bədii-tarixi mənəvi qaynaq yaratmağa nail olub. Ağ-qara cizgilərdən “boylanan” bu bədii görüntülərin bənzərsiz dəyərə malik olması, onların daşıdığı qürurdoğurucu və ifşaedici tarixiliyin təkzibolunmaz faktlara - sənədlərə əsaslanmasıdır. Bu mənada tanınmış qrafika ustasının ensiklopedik tutuma malik olan “Qarabağnamə”sini bədii duyğulandırma gücünə görə hər birimizin mübarizə himninə çevrilən, ruhumuzu qidalandıran “Qarabağ şikəstəsi” ilə müqayisə etmək olar. Belə ki, Arif Hüseynovun Azərbaycan - Qarabağ tarixinin qabarıq görünən, bəzən də az təbliğ olunan səhifələrinə tutduğu obrazlı - sərt “bədii güzgü”də yer almış gözoxşayan və düşündürücü bədii məqamlar məşhur şikəstədə olduğu kimi mübarizə ruhludurlar...”

Rəssam bu əsərlərdə qədim Albaniya dövründən Xocalı faciəsinə qədər davam edən təzadlı tariximizə işıq salıb. Qrafik cizgilərin özünəməxsus ritmində görüntüyə gətirilən “I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Gəncəsər monastrı”, “Alban abidələrinin erməniləşdirilməsi”, “Daşnakların “böyük Ermənistan” xülyası”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibələri”, “Pənahəli xan”, “Xalq musiqiçiləri”, “Kəlbəcər qadınları”, “Qarabağ atları” və s. lövhələrdə tarixi sənədlərin - həqiqətlərin rəssam təxəyyülü ilə uğurlu qovşağından ərsəyə gətirilən, Azərbaycan və ingilis dillərində yazılmış mətnlə tamamlanan təsvirlər kifayət qədər cəlbedici və yaddaqalandır. Rəssamın hər bir kompozisiyada obrazı və yaxud abidəni, eləcə də süjeti aid olduğu dövrün müxtəlif hadisələri ilə vəhdətdə təqdim etməsi, Azərbaycan qrafika sənəti üçün yeni olmaqla, həm də bədii görüntünün daha əhatəli olmasını şərtləndirmişdir.

Silsiləyə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında ölçüyəgəlməz xidmətləri olan dövlət və ictimai xadimlərin obrazlarının daxil edilməsi də onun daşıdığı məna-məzmun yükünü daha da zənginləşdirib.

“Məqsədim ondan ibarətdir ki, Avropada belə sərgilər olsun. İndi çox bahalı kitablar buraxılır, ancaq indiki cəmiyyətdə kitab oxuyan azdır. Hamı elektron vasitələrə müraciət edir. Düşündüm ki, vizual qrafika texnikası Avropada çox sevilir, qrafikanı qəbul edirlər onlar. Mən bunu qravüra səviyyəsində eləmişəm, dünya sənətinə yaxın bir şəkildə. Yazı informasiyadır. Əgər onu oxuyurlarsa gedib elektron səviyyədə onu genişləndirə bilərlər”,- deyir Arif Hüseynov.

Düşünürük ki, bu sərginin xarici ölkələrdə nümayişi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha müfəssəl formada çatdırılmasına yardımçı ola bilər.

“75 və 75”

Əsl sənətin yaşı olmadığı kimi, əsl sənət adamları üçün də yaşın elə bir önəmi yoxdur. Onların yaşı yaratdıqları sənət əsərlərinin yaşı qədər həm qədimdi, həm də gənc. Arif müəllim də 75 illik yubileyi ərəfəsində sənətsevərlərə bir hesabat verəsi oldu. Belə ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində rəssamın “75 və 75” adlı sərgisi açıldı.

İllərlə tələbələrindən hesabat istəyən rəssam “75 və 75” sərgisi ilə tələbələrinə hesabat verdi. Bu, həm də tələbələrində müəllimlərinə böyük inam yaratdı.

Bu sərgi bir daha sübut etdi ki, Azərbaycan təsviri sənətində özünəməxsus dəstxəti ilə seçilən görkəmli qrafika ustası Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Sərgidə rəssamın 75 illik yubileyi münasibətilə rəmzi olaraq 75 əsəri yer almışdı.

ADRA-nın rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov “75 və 75” sərgisini Arif Hüseynovun yaradıcılığının bəhrəsi adlandırıb, rəssamın yaratdığı sənət əsərlərinin özünəməxsus olduğunu söyləyib. Bildirib ki, maraq dairəsi çox geniş olan rəssam uğurla həm klassik, həm də çağdaş ədəbi nümunələrə illüstrasiyalar çəkir. Görkəmli sənətkarın klassiklərimizlə bağlı yaratdığı əsərlər dəzgah qrafikasının ən gözəl nümunəsi sayılır.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, rəssamın hər bir əsəri ilə tanış olmaq onun yaradıcılığında keçdiyi yola nəzər salmaqdır. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi A.Hüseynov kitab qrafikası sahəsində aparıcı mütəxəssislərdəndir. O, bu sənətdə öz sözünü demiş, xüsusi dəstxəti olan sənətkardır. Rəssamın sərgiləri hər zaman Azərbaycanda və müxtəlif ölkələrdə böyük maraqla qarşılanıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov bildirib ki, öz zəhməti və sənəti ilə insanların hörmətini qazanan Arif Hüseynov əsl rəssam həyatı yaşayıb. Görkəmli incəsənət xadimlərinin, onların əsərlərinin xalqa çatdırılmasında və tanıdılmasında Arif müəllimin böyük əməyi var. Əsasən uşaq və gənclərlə işləyən rəssam daim onlarda bu sənətə məhəbbət hisslərini aşılayır. Əsərlərində milli-mənəvi dəyərlərimizi peşəkarlıqla göstərən sənətkarın bu istiqamətdə folklora, adət-ənənəyə, maddi mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar.

Arif Hüseynovu böyük rəssam adlandıran Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva onun sadiq dost, gözəl müəllim kimi yüksək mənəvi keyfiyyətlərindən, zəngin yaradıcılığından, Azərbaycan incəsənətində özünəməxsus yerindən söz açıb. Qeyd edilib ki, gözəl illüstrasiyaların müəllifi Arif Hüseynovun əsərləri dünyanın müxtəlif muzeylərini bəzəyir.

Rəssamın yaratdığı illüstrasiyalar müxtəlif kitablara, nağıllara, dəyərli klassiklərin əsərlərinə yeni nəfəs verib. Arif müəllimin əsərlərində hər zaman doğma Vətənə, yurda sevgi hissinin tərənnümü yüksək səviyyədə olub.

Sənətkar üçün ən böyük xoşbəxtliklərdən biri də olanlarla kifayətlənməməkdir, daha yeni işlərə səy göstərməkdir. Bu mənada Arif müəllim əsl bir nümunədir. O, daim axtarışdadır. “Təəssüf edirəm ki, mən hələ çox şeylər etməmişəm. İndi də çox istəyirəm Şekspirin “Hamlet” əsərinin illüstrasiyasını işləyim. Azərbaycan ədəbiyyatının nümunələri var. Məsələn, Füzulinin “Leyli və Məcnun” əsəri. Mənim təcrübəmdə belədir ki, bir kitab, bir rəssam. Ömür vəfa versə, buna nail olacağam. Bu il “Nəsimi ili”dir. Mənim Nəsimiyə həsr olunan işlərim var, ancaq onları təkmilləşdirməliyəm. Məmməd Araz, Nəbi Xəzri, Bəxtiyar Vahabzadənin əlyazmalarını almışam. Fikrim var ki, şairin əsərləri ətrafında rəsmlər çəkim. “Şairin əlyazması” adlı layihəsini reallaşdırmağa çalışacağam. Buna da bir az vaxt lazımdır”,- deyir 75 yaşlı həmsöhbətim.

... Arif müəllimlə sağollaşsaq da, çəkdiyi rəsmlərin sehrindən, cazibəsindən hələ də çıxa bilməmişik. Sözsüz ki, zaman ötdükcə bizim kimi onun qəhrəmanları ilə “danışmağa” gedənlərin sayı daha çox olacaq.

 

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri

Solmayan rənglər, “danışan” rəsmlər və ya 75 illik ömrün tabloya sığmayan görüntüsü VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir