DÜNYA
Son gündə Özbəkistanda koronavirusa 757 nəfər yoluxub
Daşkənd, 11 sentyabr, АZƏRTAC
Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı yenidən kəskin surətdə artıb. Dünən yeni yoluxanların sayı 525 olmuşdursa, bu gün bu rəqəm 757-dir. Pandemiya dövründə belə xəstələrin sayı 45 min 927 nəfərə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək koronavirusa ən yüksək yoluxma halı avqustun 6-da qeydə alınıb və o vaxt bu rəqəm 700-dən yuxarı olub. Bildirilir ki, son sutkada virusdan 7 pasiyent dünyasını dəyişib və bu xəstəlikdən ölənlərin sayı 375 nəfərə çatıb.
Qeyd olunur ki, xəstəxanalarda 2 min 997 pasiyent var, onların 439-nun vəziyyəti ağır, 218-nin kritikdir.
Vurğulanır ki, son gündə infeksiyadan 343 xəstə sağalıb, ümumiyyətlə isə 42 min 555 nəfər sağalaraq evə buraxılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd