DÜNYA
Son sutka ərzində İranda koronavirusdan 71 nəfər ölüb
Tehran, 30 yanvar, AZƏRTAC
İranda koronavirusa yoluxma və ölüm hallarında azalma davam edir. Son sutka ərzində ölkə ərazisində 6 min 573 nəfər koronavirusa yoluxub, 71 nəfər isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. O bildirib ki, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 405 min 414 nəfərə, yoluxaraq ölənlərin sayı isə 57 min 807-yə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3 min 990 nəfərin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 1 milyon 196 min 374 nəfər sağalaraq evə buraxılıb.
Mətbuat katibi onu da nəzərə çatdırıb ki, gələn həftədən başlayaraq əhaliyə peyvənd vurulacaq. Onun sözlərinə görə, İran Rusiya istehsalı olan peyvəndlərə üstünlük verəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]