DÜNYA


Son sutka ərzində Qırğızıstanda COVID-19-dan 12 nəfər dünyasını dəyişib

Bişkek, 2 avqust, AZƏRTAC

Son sutka ərzində Qırğızıstanda COVID-19-a 420 nəfər yoluxub ki, onlardan da 112-si Bişkekdə qeydə alınıb. Ümumilikdə ölkədə bu virusa yoluxan xəstələnənlərin sayı 36 min 719-a çatıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, son sutkada virusdan 12, pandemiya dövründə isə 1409 xəstə ölüb.

Son 24 gündə virusa 19, bütünlükdə isə 2 min 809 tibb işçisi yoluxub.

Bildirilir ki, ötən gecə Sankt- Peterburqdan Bişkekə 173, Novosibirskdən Oş şəhərinə isə 169 Qırğızıstan vətəndaşı gətirilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.