DÜNYA


Son sutkada Özbəkistanda koronavirusa yoluxanların sayı 578 nəfər olub

Daşkənd, 13 sentyabr, AZƏRTAC

Son sutkada Özbəkistanda koronavirusa 578 nəfər yoluxub. Beləliklə pandemiya dövründə Özbəkistanda virusa yoluxanların sayı 47 min 42 nəfər olub.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son gündə infeksiyadan 5 xəstə ölüb və vəfat edənlərin sayı 388 nəfərə çatıb.

Qeyd edilir ki, müalicə müəssisələrində 3 min 143 xəstə var, onların 475-nin vəziyyəti ağır, 224-nün isə kritikdir.

Son 24 saatda virusdan 488, ümumiyyətlə isə 43 min 511 nəfər sağalıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.