CƏMİYYƏT


Sosial Tədqiqatlar Mərkəzi dünya səviyyəli beyin mərkəzləri ilə əlaqələrini genişləndirir

Bakı, 15 avqust, AZƏRTAC

Sosial Tədqiqatlar Mərkəzi (STM) dünya səviyyəli beyin mərkəzləri ilə əlaqələrini genişləndirməkdədir.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) rəhbəri Burhanəddin Duranla görüşüb.

Sosial Tədqiqatlar Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə hələ pandemiya dövründə iki qurum arasında geniş əlaqələrin yaradıldığı, birlikdə müəyyən proseslərin həyata keçirildiyi vurğulanıb. Eyni zamanda, həmin dövrdə onlayn razılaşmalarla həyata keçirilən əməkdaşlıq artıq yenilənmiş və daha da geniş, rəsmi formada sədrlər səviyyəsində təsdiq edilib.

SETA ilə qurulan münasibətlər göstərir ki, Azərbaycanda da dövlət idarəçiliyində STM–in timsalında beyin mərkəzlərinin işi getdikcə daha da genişlənir. Bu da Türkiyə kimi doğma mühitin təcrübələrindən geniş şəkildə istifadəni aktuallaşdırır.

Elmi, intellektual, müasir data-analiz sahəsində biliklərin mübadiləsi, birgə layihələr, kadr hazırlığı, hazırlıq kursları, o cümlədən birgə siyasi gündəmin analiz edilməsi, bir-birinin siyasi gündəmi ilə yaxından tanışlıq, müxtəlif beynəlxalq tədbirlərdə iki tərəfin də qarşılıqlı nəzərə alınması və digər məsələlər imzalanan əməkdaşlıq sənədində öz əksini tapıb.

Mehriban dostluq şəraitində keçən görüşdə İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni reallıq və qardaş Türkiyənin, onun liderinin bu prosesdə fəal iştirakı, həyata keçirilən açılışlar, bir sözlə, yeni sülh quruculuğu siyasətində beyin mərkəzlərinin roluna xüsusi diqqət çəkilib.

Qarşıdakı dövrdə nümayəndə heyətlərinin görüşlərinin, qarşılıqlı səfərlərinin reallaşdırılması, onlayn platformalarda məsləhətləşmələrin aparılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, SETA qurumu daxili və xarici siyasət, iqtisadiyyat, cəmiyyət, media, insan hüquqları, təhlükəsizlik, strateji, təhsil, sosial siyasət, Avropa üzrə tədqiqatlar və enerji sahələrində geniş tədqiqat işləri aparır, qeyd olunan məsələləri müasir elmi texnologiyalar vasitəsilə təqdim edir. Qurum təkcə mövcud məsələlərə dair araşdırmalar aparmır, eyni zamanda, problemlərin həllinə istiqamətlənən təkliflər də təqdim edir.

SETA-nın Ankara və İstanbuldan başqa, Vaşinqton, Berlin və Brüsseldə də ofisləri fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.