İQTİSADİYYAT
“Standard Insurance” şirkətinin rəsm əsərlərinin satışı ilə bağlı təkrar hərrac keçiriləcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rəsm əsərləri ilkin satış qiyməti olan 1500 manatdan 10 faiz aşağı olmaqla, yəni 1350 manata təkrar (II) açıq hərraca çıxarılıb.
ASC “Standard Insurance”ın Ləğvetmə komissiyasından AZƏRTAC-a bildirilib ki, təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən sentyabrın 21-i saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək. Təkrar hərracda iştirak üçün hər bir rəsm əsəri üzrə 67.50 manat məbləğində beh hərracın təyin edildiyi tarixə 1 iş günü qalanadək ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə https://e-herrac.com/advertisement/dasinar-emlak/diger/tekrar-herracin-kecirilmesine-dair-elan-1 linkdən əldə etmək mümkündür.
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.