İQTİSADİYYAT
Stasionar telekommunikasiya infrastrukturu ilə əlaqədar olan bütün müəssisələrin Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi prosesinə başlanılıb
Bakı, 6 sentyabr (AZƏRTAC). “Aztelekom” və "Bakı Telefon Rabitəsi" İstehsalat birlikləri, həmçinin digər stasionar telekommunikasiya infrastrukturu ilə əlaqədar olan bütün müəssisələrin Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi prosesi bu ilin sonuna və ya gələn ilin əvvəlinədək həll olunacaq.
Bu barədə jurnalistlərə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, hazırda stasionar telekommunikasiya infrastrukturu ilə əlaqədar olan bütün idarələrdə müzakirələr aparılır. Yaxın vaxtlarda auditin keçirilməsi üçün konsaltinq şirkətinin cəlb edilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.12.2023 [12:22]
Bağdadda İraq-Azərbaycan birgə komissiyasının iclası keçirilir
- 06.12.2023 [11:15]
Azərbaycan nefti cüzi ucuzlaşıb
- 06.12.2023 [10:30]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.12.2023 [10:26]
Azərbaycanın qeyri-neft ixracı 10 faizdən çox artıb
- 06.12.2023 [10:16]
Bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır
- 06.12.2023 [09:25]
Kür çayında mühafizə tədbirləri görülür
- 05.12.2023 [21:01]