İQTİSADİYYAT


Statistika Komitəsinin nümayəndələri Minskdə keçirilən təlimdə iştirak edirlər

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 4-5-də Belarusun paytaxtı Minskdə Avropa İttifaqının Statistika Bürosu (Avrostat) tərəfindən “Avropa statistikasında inzibati məlumat mənbələrindən istifadə” mövzusuna həsr olunmuş statistika üzrə Şərq Tərəfdaşlığı İşçi Qrupunun 7-ci sessiyası keçirilir.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Sosial statistika şöbəsinin müdiri Elçin Hacı, Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi müdirinin müavini Toğrul Əcəlov və həmin şöbənin baş məsləhətçisi Təranə Məmmədova iştirak edirlər.

Seminara Azərbaycanla yanaşı Belarus, Ukrayna, Moldova, Gürcüstan statistika orqanlarının mütəxəssisləri, eyni zamanda Avropa İttifaqının Statistika Bürosunun, Litva və Latviyanın ekspertləri də qatılıblar.

Sessiyada inzibati məlumatların statistika işinin təşkilindəki rolu, onlardan istifadənin hüquqi əsasları, inzibati məlumatlardan istifadə ilə bağlı ən yaxşı Avropa təcrübələri nümayiş olunacaq, eyni zamanda, iştirakçı ölkələrin nümayəndələri təqdimatlarla çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.