İDMAN


Stolüstü tennisçilərimiz Almaniya və Polşada keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcəklər

Bakı, 14 may, AZƏRTAC

Stolüstü tennisçilərimiz daha bir ciddi sınaq qarşısındadırlar.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeniyetmələrdən ibarət seçmə komandalar beynəlxalq “Pro Tur” yarışlarında iştirak edəcəklər. Oğlan tennisçilər mayın 17-dən 19-dək Almaniyanın Berlin şəhərində, 20-dən 22-dək isə Polşanın Vladislava şəhərində təşkil olunacaq turnirlərə qatılacaqlar. Qızlar isə mayın 17-dən 19-dək Vladislavada, 20-dən 22-dək Berlində keçiriləcək yarışda bacarıqlarını göstərəcəklər. Hər iki komanda ənənəvi yarışa böyük həvəs və qələbə əzmi ilə hazırlaşır. Qax Olimpiya İdman Kompleksində və Türkiyənin Yalova şəhərindəki təlim-məşq toplanışlarını başa vuran tennisçilər məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə hazırlıq prosesini Bakıda davam etdirirlər.

Beynəlxalq turnirlərdə ölkəmizin idman şərəfini oğlanlardan Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə, qızlardan isə Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və Mərziyə Nürmətova qoruyacaq.

Qeyd edək ki, stolüstü tennisçilərin bu yarışlarda iştirakı iyul ayında Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.