DÜNYA
Süleyman Soylu: İstanbulda altı ildir belə bir terror aktı olmayıb
İstanbul, 14 noyabr, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstiqlal prospektində baş verən partlayışla bağlı açıqlama verib.
AZƏRTAC xəbər verir ki, nazir sadəcə bu il 200 terror aktının qarşısının alındığını qeyd edib.
Bildirilib ki, əgər terrorçu ələ keçirilməsəydi bu gün Yunanıstana qaçacaqdı.
Bu istiqamətdə əməliyyatların davam etdiyini deyən Süleyman Soylu İstanbulda altı ildir belə bir terror aktının olmadığını vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Təhlükəsizlik Baş İdarəsi Kriminal Şöbəsinin İstanbul Regional Laboratoriyasında aparılan araşdırmada Bəyoğludakı terror aktında istifadə edilən partlayıcının TNT olduğu müəyyən edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]