İDMAN
“Sumqayıt” Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taavoun”a qalib gəlib
Bakı, 29 iyul, AZƏRTAC
2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Boluda son yoxlama matçına çıxıb.
AZƏRTAC xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taavoun”la üz-üzə gəlib. “Fənərbağça” klubunun təlim-məşq bazasında baş tutan oyunda “Sumqayıt” minimal hesabla qələbə qazanıb - 1:0. Qarşılaşmada yeganə qolu 4-cü dəqiqədə Cavid İmamverdiyev vurub.
Qeyd edək ki, 1956-cı ildə yaradılan “Al-Taavoun” Burayda şəhərini təmsil edir. Komanda 2016/2017-ci il mövsümündə Səudiyyə Ərəbistanı Professional Liqasında 7-ci yeri tutub.
Bununla da, “Sumqayıt” klubu Bolu toplanışını başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]