İDMAN


“Sumqayıt” futbol klubunun 3 futbolçusu U-21millisində

Sumqayıt, 16 mart, AZƏRTAC

“Sumqayıt” futbol klubunun 3 oyunçusu U-21 Azərbaycan yığma komandasının Bakıda təlim-məşq toplanışında iştirak edəcək. Toplanış zamanı 21 yaşadək futbolçulardan ibarət milli komanda martın 23-də "Səbail", 3 gün sonra isə MOİK-lə yoxlama oyunları keçirəcək.

Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, adıçəkilən qarşılaşmalarda iştirak etmək üçün Baxşəli Baxşəliyev, Süleyman Əhmədov və Ricat Qarayev milli komandaya cəlb olunub. Onlar martın 16-dan 26-dək baş tutacaq toplanışa dəvət alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.