CƏMİYYƏT


Sumqayıt şəhəri üzrə vətəndaş məmnunluğunu artırmaq məqsədilə Mediasiya Təşkilatları da proseslərə qoşulur

Bakı, 18 yanvar, AZƏRTAC

Vətəndaş məmnunluğunun və mediasiya xidmət keyfiyyətinin artırılması məqsədilə Sumqayıt şəhəri üzrə ailə, əmək mübahisələrinə dair müraciətlər, həmçinin Sumqayıt Kommersiya Məhkəməsinin bütün inzibati ərazi yurisdiksiyasına aid olan kommersiya mübahisələrinə dair müraciətlər Bakı şəhərində fəaliyyət göstərən Mediasiya Təşkilatları tərəfindən qeydiyyata alınacaq və həmin təşkilatların üzvü olan Sumqayıt şəhərində fəaliyyət göstərən mediatorları vasitəsilə əlaqələndiriləcək.

Mediasiya Şurasından AZƏRTAC-a verilən məlumata görə, Mediasiya Təşkilatları tərəfindən işlərin bölgüsü daima nəzarətdədir və ofislərə müntəzəm monitorinqlər keçirilir. Mediasiya Təşkilatları tərəfindən həftəlik olaraq hesabatlar Şuraya təqdim edilir. Bu günədək Sumqayıt şəhərindən olan müraciətlər ərazi üzrə yalnız Mediasiya Şurası tərəfindən mediatorlar arasında bölünürdü. Bu isə müraciətlərin çoxluğu səbəbindən və tək ünvan üzrə qəbul edilməsi səbəbindən sənəd dövriyyəsi sistemində müəyyən yubanmalara səbəb olurdu. Bu problemləri həll etmək məqsədilə qanunvericiliyin tələbi üzrə Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən yaxın ərazi anlayışı çərçivəsində Bakı şəhərində dövlət qeydiyyatına alınmış və fəaliyyət göstərən Mediasiya Təşkilatları da müraciətlərin qəbulu, baxılması proseslərinə qoşulacaq.

Beləliklə, Sumqayıt şəhəri üzrə ailə, əmək mübahisələrinə dair müraciətlər, həmçinin Sumqayıt Kommersiya Məhkəməsinin bütün inzibati ərazi yurisdiksiyasına aid olan kommersiya mübahisələrinə dair müraciətlər üzrə vətəndaşlar və təşkilatlar cari ilin yanvarın 19-dan aşağıdakı Mediasiya Təşkilatlarına müraciət edə bilərlər:

1. Bakı 1 saylı Mediasiya Təşkilatı, rəhbər Samir Babayev - +994 55 324 49 21

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr. 96A

e-mail: [email protected] 

tel: +994552482828

2. Bakı 2 saylı Mediasiya Təşkilatı, rəhbər İlhamə Həsənova +994506114990. Ünvan: Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F, e-mail: [email protected] 

tel: +994705114990, +994506114990

3. Bakı 3 saylı Mediasiya Təşkilatı, rəhbər Paşa Səfərov +994 50 412 77 22. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 78, korpus B, otaq 104-105

e-mail: [email protected] , tel: +994502634446

4. Bakı 4 saylı Mediasiya Təşkilatı, rəhbər Cabbar Həsənov +994702441004. Ünvan: Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 5a, Life Centre, giriş 6, mərtəbə 2, e-mail: [email protected] , tel: 0102151004

5. Bakı 5 saylı Mediasiya Təşkilatı, rəhbər Taleh İbrahimov +994 50 325 50 22. Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10E, Rusel plaza, 6-7-ci mərtəbələr;

e-mail: 5saylı[email protected]; [email protected].  tel: +994553960017, +994773960017, +994503960017, 012-464-17-23

6. Bakı 6 saylı Mediasiya Təşkilatı, rəhbər Tural Şahbazov +994504971111. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 309-cu məhəllə, World Business Centre, 5-ci mərtəbə, 1-ci otaq, e-mail: [email protected] , tel: +994504971111

Qeyd edirik ki, vətəndaş məmnunluğu, müraciət edənlərin keyfiyyətli xidmətlə təmin olunması və məhkəməyə çatımlılığı Mediasiya Şurasının daimi diqqətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.