REGİONLAR


Sumqayıtda “Nəsimi ili”nə həsr olunmuş bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb

Sumqayıt, 26 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanada “Nəsimi ili”nə həsr olunmuş bədii qiraət müsabiqəsinin nəticələri bəlli olub. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən müsabiqə Sumqayıt şəhər Mərkəzi Kitabxana Sisteminə daxil olan kitabxana filiallarının iştirakı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə kitabxananın şöbə müdiri Zemfira Mirzəyeva iştirakçıları salamlayaraq “Nəsimi ili” çərçivəsində görülən işlərdən, keçirilən tədbirlərdən danışıb. O, “Nəsimi ili” çərçivəsində təşkil olunan tədbirlərin miqyasının genişliyindən danışaraq qeyd edib ki, böyük mütəfəkkir şairin yubileyi təkcə Azərbaycanda deyil, bütün dünyada yüksək səviyyədə qeyd olunur, Nəsimin şeirləri digər dillərə tərcümə edilir, kitabları yenidən işıq üzü görür.

Sonra müsabiqə iştirakçılarının ifasında Nəsiminin qəzəlləri dinlənilib.

Münsiflər heyətinin qərarı ilə fəal oxucular Zəhra Bəşirli və Gülmirə Əlizadə I yer, Ömər Bayramov və Sevda Mirzəyeva II yer, Nazilə Cavadova və Fidan Ağahüseynli III yer tutublar.

Qaliblər fəxri fərman və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.