REGİONLAR


Sumqayıtda bir qrup dövlət qulluqçusu təltif olunub

Sumqayıt, 23 iyun, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıt Şəhər icra Hakimiyyətinin konfrans zalında 23 İyun – Dövlət qulluqçularının peşə bayramı qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan icra hakimiyyətinin başçısı bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlət qulluqçularının peşə bayramı məhz Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub.

Qeyd edilib ki, Dövlət qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin iki əməkdaşı – Əsgərov Firudin Nəriman oğlu “Tərəqqi”, Məmmədov Rifat Nadir oğlu isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.

Tədbirin sonunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna şəhər icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.