CƏMİYYƏT


Sumqayıtdakı təhsil müəssisələrində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhərindəki bir sıra orta məktəblərdə, həmçinin inteqrasiya təlimli internat tipli gimnaziyada və 10 saylı peşə liseyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müəssisələrin rəhbər, müəllim və texniki işçilərinin iştirak etdikləri tədbirlərdə təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib. İlkin yanğınsöndürmə vasitələrinin iş üslubu, yanğına ilkin müdaxilənin xüsusiyyətləri və yanğın zamanı şagirdlərin təxliyəsi barədə danışılıb, FHN-in 112 - qaynar telefon xətti barədə geniş məlumat verilib.

Diqqətə çatdırılıb ki, ərazilər daim təmiz saxlanılmalı, bina və qurğular normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Həmçinin tədbirlərdə yanğın zamanı davranış qaydaları barədə kollektivin məlumatlı olmasının, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılmasının, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Tədbirlərdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.