REGİONLAR
Sumqayıtın 65 illik yubiley tədbirləri çərçivəsində rəsm sərgisi və konsert proqramı təqdim edilib
Sumqayıt, 23 sentyabr ( AZƏRTAC, Ətrabə Rzayeva). Sumqayıtın şəhər statusunun almasının 65-ci ildönümü çərçivəsində rəsm sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısında təşkil olunan tədbirdə bayrama dəvət olunmuş yerli və xarici qonaqlar da iştirak ediblər.
Sərgidə 50-dən çox gənc rəssamın əsərləri nümayiş olunub.
Daha sonra mərasim iştirakçıları müxtəlif musiqi kollektivlərinin çıxışlarını izləyiblər.
Sankt-Peterburqdan gəlmiş təbilçi qızlar qrupu, ölkəmizin müxtəlif bölgələrini təmsil edən musiqiçilər- Qaxın “Şvidkatsa” xor kollektivi, Qusarın “Ləzginka” rəqs qrupu, Lənkəranın “Bacılar” folklor, Salyan rayonunun “Cəngi” kollektivləri, Masallının “Halay” və Gədəbəyin folklor-musiqi qrupları bənzərsiz çıxışları ilə bayram iştirakçılarını valeh ediblər.
Sumqayıtda yubiley tədbirləri davam edir.