REGİONLAR
Sumqayıtın bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
Sumqayıt, 12 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtın ən yeni tarixində misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev 34 illik rəhbərliyi dövründə şəhərə 16 dəfə səfər edib. Məhz Ümummilli Liderin həssas münasibəti Sumqayıtın sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına güclü təkan verib. Bu günlərdə 70 illik yubileyini qeyd edən Sumqayıtın uğurları Heydər Əliyev strategiyasının təntənəsidir!
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də səhər saatlarında Heydər Əliyev parkında əsl izdiham müşayiət olunub. Minlərlə şəhər sakini ən böyük azərbaycanlıya həsr olunan mahnıların sədası altında Ulu Öndərə öz ehtiramını bildirmək üçün onun abidəsini ziyarət edib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, veteranlar ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.
Sonra şəhərdə 700 nəfərlik ehsan süfrəsi açılıb, Ulu Öndərin ruhuna dualar oxunub.