CƏMİYYƏT
Suraxanı rayonunun səhiyyə ocaqlarında Ulu Öndərin anım gününə həsr olunmuş tədbirlər keçirilib
Bakı, 4 dekabr, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər təşkil olunur. Növbəti tədbirlər rayonun 12 və 13 nömrəli birləşmiş şəhər xəstəxanalarında keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən xəbərə görə, əvvəlcə dahi şəxsiyyətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə qeyd olunub ki, Ümummilli Liderin vəfatından 14 il keçir və Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomenə çevrilib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində ölkəmiz davamlı inkişaf edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkə daxilində və xaricində bir sıra irimiqyaslı layihələr həyata keçirilir.