ELM VƏ TƏHSİL
Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 23-də Bakının Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin edilməsi üçün sistemli iş aparmaq məqsədi daşıyır.
Bakıdakı 275 nömrəli tam orta məktəbdə (ünvan: Yeni Günəşli qəsəbəsi, A/B yaşayış massivi) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.