ELM VƏ TƏHSİL


“Sürtkü yağlarının inkişaf tarixi və perspektivləri” mövzusunda seminar təşkil edilib

“Sürtkü yağlarının inkişaf tarixi və perspektivləri” mövzusunda seminar təşkil edilib

Bakı, 18 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Sürtkü yağlarının inkişaf tarixi və perspektivləri” mövzusunda maarifləndirmə seminarı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Seminarda icraçı direktor kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, elmi işçi, doktorant və magistrantları, institutda təcrübə keçən tələbələri laboratoriyalarda aktual mövzularda aparılan tədqiqatların nəticələri ilə tanış etmək nöqteyi-nəzərindən belə seminarların böyük əhəmiyyəti var. Onun sözlərinə görə, hər bir laboratoriyada təcrübi vərdişlər qazanan tələbələrə həm də həmin sahədə elmi tədqiqatlar aparmış Azərbaycanın tanınmış alimləri haqqında geniş məlumatlar vermək lazımdır ki, yetişən gənclik görkəmli elm adamlarını tanısınlar.

Sonra Sürtkü kompozisiyaları laboratoriyasının müdiri texnika elmləri doktoru, professor Həqiqət Cavadova “Sürtkü yağlarının inkişaf tarixi və prespektivləri” mövzusunda geniş təqdimatla çıxış edib.

H.Cavadova qeyd edib ki, rəhbərlik etdiyi laboratoriyada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətlərindən biri də müxtəlif növ texnikada istifadə olunan sürtkü yağlarının işlənmiş nümunələrinin regenerasiya texnologiyasının yaradılması və regenerasiya olunmuş yağ məhsulları əsasında müxtəlif sürtkü kompozisiyalarının yaradılmasına dair elmi tədqiqatların davam etdirilməsidir. O, sonda istehsal olunan bütün motor yağları və tətbiq üçün tövsiyə edilən sürtkü kompozisiyalarının patentləşdirildiyini və son bir ildə bu mövzuda 2 monoqrafiyanın çap olunduğunu diqqətə çatdırıb.

Təqdimatla bağlı elmi katib kimya elmləri üzrə fəlsəfə doktoru Mehparə Səfərova, laboratoriya müdiri kimya elmləri doktoru Afayət Məmmədova, aparıcı elmi işçi Nüsrət Əliyev və Yulduz Ramazanova fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.