Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Şuşa - çoxəsrlik Azərbaycan mədəniyyətinin nadir incisi

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Dağlıq ərazidə yerləşən Şuşanın ən yüksək zirvəsi 2725 metr olan Böyük Kirs dağıdır. Keçəldağ aşırımı da Şuşa ərazisində yerləşir. Şuşa şəhərində, əsasən Yura və Təbaşir çöküntüləri yayılıb. Müxtəlif növ tikinti materialları, yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) mövcuddur. Xüsusilə şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü məşhurdur. Cıdır düzündən bir qədər aşağıda “Qırx pilləkən” deyilən dik pilləli yol Daşaltı çayına aparır. Şuşa şəhərində Şuşa vələsi, Qafqaz qaş səhləbi və ya xarıbülbülə də rast gəlmək olar. Qeyd edək ki, Şuşanın rəmzi sayılan xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və rəvayətlər vardır. Cıdır düzü isə Şuşanın ən tanınmış məkanıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov söyləyib. Professor bildirib ki, Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilib. Şuşanın gəzməli-görməli yerlərindən biri də Yuxarı Daşaltıdır. Xalq arasında bu istirahət yerini “Şəmilin bağı” da adlandırırlar. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, “Ağzıyastı kaha” yerləşən Üçmıx dağının altında, çeşmə ətrafında yerləşir. XVIII əsrin sonlarında Şuşa Azərbaycanın ən mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi olan şəhərlərindən birinə çevrilib. Şuşa çoxəsrlik Azərbaycan mədəniyyətinin nadir incisidir. Şuşada incəsənət, xüsusilə də musiqi mədəniyyəti sürətlə inkişaf edib və XIX əsrin sonu XX əsrin əvvəllərində şəhər Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Qafqazın konservatoriyası” da adlandırırlar. Qeyd edək ki, 1989-cu ildən 1991-ci ilə qədər Cıdır düzündə "Xarıbülbül" mahnı festivalı keçirilib. Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə isə 30 ildən sonra 2021-ci il mayın 12-də yenidən Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi.

İbrahim Zeynalov bildirib ki, XX əsrin əvvəllərinədək Şuşada musiqi sənəti xanəndə və sazəndələr - ustad və şəyird zəminində inkişaf edib. XX əsrdən başlayaraq isə peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə başlanıb. O dövrdə məhz Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.

XIX əsrin ortalarında ilk dəfə Xarrat Qulu tərəfindən tədris ocağı kimi “muğam məktəbi” yaradılıb və dini məqsədlərə xidmət edib. Xarrat Qulu dini mərasimlərdə (məhərrəmlik təziyəsində) iştirak etmək üçün gözəl səsi olan gəncləri öz məktəbinə cəlb edib və onlara muğam oxumaq qaydalarını öyrədib. Xarrat Qulunun musiqi məktəbi dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynayıb bir sıra ustad sənətkarların yetişməsinə səbəb olub. XIX əsrin ikinci yarısında Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə görkəmli şair və musiqiçilər, mədəniyyət hamiləri – mesenatlar, eləcə də zadəganlar tərəfindən öz saraylarında və kübar salonlarında muğam məclisləri təşkil olunub. Bunlar bəzən “musiqi dərnəyi” və ya “musiqi salonu” da adlandırılıb. Şuşada “Nəvvabın məclisi”, Şamaxıda “Mahmud ağanın dərnəyi”, Bakıda isə “Məşədi Məlik Mənsurovun salonu” musiqi məclislərinin adlarını qeyd edə bilərik. Bu musiqi məclisləri əsl musiqi, sənətkarlıq məktəbinə çevrilib. Belə məclislərin əks-sədası təkcə iri şəhərlərdə deyil, əyalətlərdə və hətta kəndlərdə yayılıb, buradakı musiqisevərlər tərəfindən də xüsusi muğam məclisləri təşkil olunub.

Kor Xəlifənin məktəbi 1883-cü ildən 1893-cü ilə qədər Şuşada fəaliyyət göstərmiş dini xarakterli musiqi məktəbi olub. Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən “Kor Xəlifə” ləqəbli Molla Əli Qarabaği tərəfindən açılıb. Onillik fəaliyyəti dövründə Kor Xəlifənin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınıb. Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərib, Şuşanın Qafqazın musiqi mərkəzinə çevrilməsində mühüm rol oynayıb.

“Məclisi Fəramuşan” ədəbi məclisi 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilib və 1910-cu ilədək fəaliyyət göstərib. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak ediblər.

Ədəbi-musiqili məclis olan “Məclisi-üns” də 1864-cü ildə Şuşada şair Hacı Abbas Agahın evində təşkil olunub və Xurşidbanu Natəvanın rəhbərliyi ilə 1897-ci ilədək fəaliyyət göstərib. 1930-cu ilin əvvəllərində Şuşada ilk musiqi texnikumu təşkil olunub. 1948-ci ildən həmin texnikum uşaq musiqi məktəbi kimi fəaliyyət göstərməyə başlayıb.

XVII – XIX əsrlərdə, xüsusilə feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə sınaqdan uğurla çıxaraq qalib gəlib. Belə ki, Şuşa qalasına hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar qalanı ala bilməyiblər. Bu dövrdə Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə Qarabağ xanlığının ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlayıb. İlk olaraq Bayat qalasını (1748), daha sonra Şahbulaq qalasını (1752) inşa etdirib. Lakin Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı yeni bir qala ucaltmağı qərara alıb. Yeni qala ilk illərdə öz banisinin adı ilə “Pənahabad”, sonralar isə “Şuşa” adlandırılıb. 1747-ci ildə isə Nadir şah Əfşarın ölümündən sonra Pənahəli xan özünü bu torpaqların xanı elan edib və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alıb.

Pənahəli xanın oğlu Qarabağın ikinci hakimi İbrahimxəlil xanın hakimiyyəti illərində xanlıq daha da güclənir və inkişaf edir. Azərbaycan görkəmli şairi və siyasi xadimi Molla Pənah Vaqif 1750-ci ildə buraya köçüb saray şairi və İbrahimxəlil xanın baş vəziri olub. Gülüstan (1813) və Türkmənçay (1828) sülh müqavilələri isə Rusiyanın Qarabağ xanlığı üzərindəki nəzarətini gücləndirir.

Şuşa şəhəri üç dəfə - 1905, 1920 və 1992-ci illərdə tamamilə yandırılıb. Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri isə onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi olub. Belə ki, 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə daxil edilib. Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edilib. 1977-ci ildə isə Azərbaycan hökuməti iki tarixi qərar qəbul edib. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb edib. Nəticədə şəhərdə yeni sənət ocaqları yaradılıb, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılıb. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilib.

1992-ci il mayın 8-də Şuşanın ermənilər tərəfindən işğalı nəticəsində 600-ə yaxın tarixi memarlıq abidəsi, o cümlədən Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yerlə-yeksan edilib, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumi təhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 22 klub, 31 kitabxana, 2 kinoteatr, 8 muzey, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi, turist bazası, Qafqazda yeganə Şərq musiqi alətləri fabriki dağıdılıb, buradakı nadir sənət inciləri talanıb və məhv edilib. Həmçinin peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.1823-cü ilə aid statistik məlumata görə, bu dövrdə Qarabağ xanlığında yaşayan 20 min 35 ailədən 15 min 729-u azərbaycanlı ailələr, 4 min 366-sı isə xristian (alban mənşəli) ailələri olub. 1992-ci ildə isə Şuşa şəhərindən cənubda dəniz səviyyəsindən 1365 metr hündürlükdə yerləşən və uzunluğu 114 metr əhəng daşları Triton əsrinə aid olan "Xan mağarası" ermənilər tərəfindən dağıdılıb. Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalından azad edilib. Şuşanın işğaldan azad edilməsi Zəfər Günü kimi tariximizə yazıldı.

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” və “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” müvafiq sərəncamları hamımızda qürur və sevinc hissləri yaşatdı. Ölkə rəhbərinin müvafiq tapşırıq və tövsiyələri ilə Şuşada aparılan abadlıq və quruculuq işləri nəticəsində inanırıq ki, Şuşanın əvvəlki gözəlliyi və şöhrəti yenidən bərpa olunacaq”, - deyə professor İbrahim Zeynalov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər