CƏMİYYƏT


Şuşanın işğalının 27-ci ildönümü Serbiyada qeyd edilib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan Respublikasının Serbiyadakı səfirliyində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər Ermənistanın ölkəmizə qarşı təcavüzü, əzəli və tarixi torpaqlarımız olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun, eləcə də Azərbaycanın tarixi mədəni beşiyi olan Şuşa şəhərinin işğalından bəhs ediblər. Şuşa şəhərində Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı amansız davranaraq onları kütləvi şəkildə qırmasından, girov götürməsindən, işgəncələrə məruz qoymasından, etnik təmizləmə həyata keçirməsindən, tarixi və mədəni abidələri dağıtmasından danışılıb, bu cinayətlərin silahlı münaqişə qanunlarının kobud pozuntusu olduğu və bu kimi əməllərə görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilmədiyi bildirilib. İşğaldan 27 il ötməsinə baxmayaraq, Ermənistanın rəsmi öhdəlikləri ilə real hərəkətləri arasında bu günədək müşahidə olunan uyğunsuzluğun münaqişənin dinc yolla nizamlanmasına əngəl törətdiyi vurğulanıb. Azərbaycan torpaqlarının işğalına son qoyulması, BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün dünya dövlətlərinin və beynəlxalq ictimaiyyətin rolunun artırılmasının vacibliyi qeyd edilib.

Tədbirin sonunda Şuşanın işğalı haqqında sənədli film nümayiş etdirilib.

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Bosniya və Herseqovina və Monteneqrodakı diplomatik nümayəndəlikləri tərəfindən də anım tədbirləri keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.