REGİONLAR


Şuşaya çəkilən yeni avtomobil yolu pullu olacaq

Şuşaya çəkilən yeni avtomobil yolu pullu olacaq

Zəngilan, 18 fevral, AZƏRTAC

Şuşaya çəkilən yeni avtomobil yolu pullu olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa sürət yolu, Şuşaya çəkilən Zəfər yolundan 20 kilometr qısadır. “Həmin yol pullu olacaq. Xarici turistlərin gələcəkdə Şuşaya axını çox olacaq. Ona görə də bu yolu ödənişli edəcəyik ki, yoldan yığılan vəsait yolun saxlanılmasında istifadə olunsun", - deyə İdarə Heyətinin sədri qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.