İDMAN


TAİLAND “LİVERPUL” FUTBOL KLUBUNUN HƏMSAHİBİ OLUR

AZƏRTAC-ın İTAR-TASS agentliyinə istinadla verdiyi xəbərə görə, Tailandın Nazirlər Kabineti xüsusi ictimai fond yaradılması planını bəyənmişdir. Fondun vəsaiti Britaniyanın “Liverpul” futbol klubunun səhmlərini almağa yönəldiləcəkdir.

Fondun vəsaiti xüsusi lotereya satışından yığılacaqdır. Ondan əldə edilən gəlir ölkədə idmanın inkişafına da xərclənəcəkdir. Səhmlərin pulu, - bu isə 112 milyon dollardan çoxdur, - Tailandda elliklə yığılsa da, 112 illik tarixə malik olan bu klubun həmsahibi formal olaraq ölkənin əsas futbol fanatı sayılan Baş nazir Taksin Çinavat hesab edilir. Qarşıdakı sövdələşmənin təşəbbüskarı da odur. Baş nazirin xüsusi nümayəndəsi bu məqsədlə Londona uçur. Çinavat demişdir: ”Əgər hər hansı fövqəladə vəziyyət səhmləri almağa mane olmasa, artıq iyunun sonunda biz “Liverpul”un həmsahibi olacağıq”.

Onun sözlərinə görə, bu sövdələşmə ölkədə futbolun inkişafına, dəri top akademiyası açmağa, başlıcası isə, Tailandın digər ölkələrlə ticarət əlaqələrinə rəvac verəcəkdir. “Liverpul”un şan-şöhrətindən kommersiya məqsədi ilə istifadə etmək hüququnun əldə olunması Tailand mallarını bu nişanla dünya bazarına çıxarmağa, habelə onun vasitəsilə ölkə daxilində sərfəli alış-verişə imkan yaradacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.