RƏSMİ XRONİKA
TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasiminin iştirakçılarının şərəfinə ziyafət verilib
Prezident İlham Əliyev ziyafətdə iştirak edib VİDEO
İpsala, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin iştirakçılarının şərəfinə ziyafət verilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.
Bununla da Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb.