TƏRTƏRDƏ “AÇIQ QAPI” GÜNLƏRİ KEÇİRİLİR

Tərtər rayonunda vətəndaşların ərizə və şikayətlərinə baxılmasına, onların qəbuluna diqqət artırılmışdır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu ilin 9 ayı ərzində vətəndaşlardan daxil olan şikayətlərin əksəriyyəti müsbət həll edilmişdir. Bu məqsədlə keçirilən “Açıq qapı” günlərində icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, xidmət sahələrinin, bələdiyyələrin nümayəndələri yaşayış məntəqələrində, o cümlədən qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə vətəndaşlarla görüşür, onların sosial problemlərini diqqətlə öyrənir, lazımi tədbirlər görürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.