REGİONLAR
TƏRTƏRDƏ ÖTƏN İLLƏ MÜQAYİSƏDƏ 46 FAİZ ÇOX TAXIL ƏKİLMİŞDİR
Tərtər, 9 yanvar (AZƏRTAC). Nazirlər Kabinetinin buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı müvafiq qərarı bu sahəyə marağı xeyli artırmışdır. Tərtər Rayon Statistika İdarəsindən bildirmişlər ki, taxıl istehsalı ilə məşğul olan fermerlər 2009-ci ilin məhsulu üçün rayon ərazisində 21 min 342 hektar sahədə taxıl əkmişlər. Bu, ötənildəkindən 46 faiz çoxdur. Taxıl sahələrinin 19 min 130 hektarı buğda, 2.180 hektarı dənlik arpa, 32 hektarı xəsildir.
Xatırladaq ki, ötən il rayonda 14 min 556 hektar sahədə taxıl əkilmiş, 48 min 820 ton məhsul əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]