MƏDƏNİYYƏT


TATARISTAN PREZİDENTİ KRAL FEYSƏL ADINA MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR

AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Tatarıstan Prezidenti Mintimer Şaymiyev İslam naminə fəaliyyətinə görə kral Feysəl adına beynəlxalq mükafata layiq görülmüşdür. Bunu Kral Feysəl Fondunun sədri Xalid əl-Feysəl bildirmişdir.

Şahzadə Xəlil bildirmişdir ki, mükafat Şaymiyevə İslam mədəniyyətinin və Tatarıstan Respublikasının dirçəlişi, Tatarıstan əhalisinin İslam prinsipləri və qanunlarını öyrənməsi üçün çox iş gördüyünə görə verilmişdir. Fondun sədri demişdir ki, son illər Tatarıstanda mindən çox, o cümlədən Kazanda 40 məscid tikilmişdir. Şaymiyevin hakimiyyəti dövründə respublikada Quran kitabı, İslam ədəbiyyatı nəşr edilmiş, mədrəsə, İslam cəmiyyətləri yaradılmış, Rusiya İslam Universiteti təsis olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.