DÜNYA


TDT-nin onuncu Zirvə görüşü oktyabrda Qazaxıstanda keçiriləcək

TDT-nin onuncu Zirvə görüşü oktyabrda Qazaxıstanda keçiriləcək

Bakı, 16 mart, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) onuncu yubiley Zirvə görüşü oktyabrda Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT-nin Ankarada keçirilən Fövqəladə Zirvə görüşündə bildirib.

Qazaxıstan Prezidenti bildirib ki, hazırda dünyada mürəkkəb geosiyasi və iqtisadi vəziyyət yaranıb. “Belə bir vəziyyətdə türk dünyasının əməkdaşlığının möhkəmləndirilməsi çox vacibdir. Bizim təşkilat beynəlxalq arenada layiqli yer tutduğunu nümayiş etdirir. Ölkələrimizin siyasi, iqtisadi və mədəni əlaqələri yeni səviyyəyə yüksəltməsi vacibdir”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.