DÜNYA


TEHRANDA İRANLA QIRĞIZISTAN ARASINDA ÇOXTƏRƏFLİ ƏMƏKDAŞLIĞIN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNUR

AZƏRTAC-ın Tehrandan aldığı xəbərdə deyilir ki, burada səfərdə olan Qırğızıstan prezidenti Əskər Akayev İranın rəsmi şəxsləri ilə iki ölkə arasında siyasi, ticarət-iqtisadi və mədəni əlaqələrin inkişafı məsələlərini müzakirə edəcəkdir.

Akayevin İran prezidenti Məhəmməd Xatəmi, xarici işlər, nəqliyyat və yol, ticarət, sənaye, maarif və mədəniyyət nazirləri ilə görüşəcəyi gözlənilir. Akayev Tehranda iki ölkə arasında əməkdaşlığa dair bir neçə sənəd, o cümlədən Qırğızıstanın paytaxtında İranın orada daim fəaliyyətdə olan ticarət-sənaye sərgisinin təşkil olunması ilə bağlı sənəd imzalayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.