TRASEKA çərçivəsində indiyədək 1 milyard tondan çox yük daşınıb
AzerTAg.az
Bakı, 6 dekabr, AZƏRTAC
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRASEKA) çərçivəsində indiyədək 1 milyard tondan çox müxtəlif yüklər daşınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 6-da "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclasında TRASEKA-nın baş katibi Mirça Çiopraqa deyib.
"Ötən dövrdə dəhlizlə daşınan yüklərin 50 faizi karbohidrogenlərin payına düşüb. TRASEKA çərçivəsində Avropa İttifaqı ilə birgə ümumi dəyəri 187 milyon avro olan 85 layihə reallaşdırılıb. Bütövlüklə dəhliz çərçivəsində infrastrukturun inkişafına 4 milyard avro investisiya qoyulub", - deyə M.Çiopraqa bildirib.

Xəbərin mətnində orfoqrafik səhv var