SİYASƏT
TRENİNQ-SEMİNAR KEÇİRİLMİŞDİR
Mərkəzi Seçki Komissiyası sentyabrın 2-də və 3-də Azərbaycan Respublikası prezidentinin seçkilərinə hazırlıqla əlaqədar dairə seçki komissiyalarının səsvermənin nəticələri haqqında protokolun tərtib edilməsinə məsul olan üzvləri üçün treninq-seminar keçirmişdir.
Komissiya sədri Məzahir Pənahov treninq-seminarda açılış nitqi ilə çıxış etdikdən sonra MSK katibləri İnqilab Nəsirov və Vidadi Mahmudov, həmçinin Komissiya üzvləri Ənvər Əliyev və İlham Məmmədov prezident seçkiləri zamanı seçki dairəsi üzrə və seçki məntəqəsində səslərin hesablanması ilə bağlı treninq-seminar iştirakçıları qarşısında çıxış etmişlər.
Sonra Mərkəzi Seçki Komissiyasının şöbə müdiri Rövzət Qasımov və hazırlıq keçmiş aparat işçiləri DSK üzvləri ilə praktiki məşğələlər aparmışlar.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti.