SİYASƏT
TRT-nin saytı “Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı” mövzusunda AZƏRTAC-da keçirilmiş konfransdan müfəssəl məlumat yayıb
Ankara, 12 may, AZƏRTAC
“TRT-Azərbaycan” radiosunun rəsmi saytı ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Medianın İnkişafı Agentliyinin (MEDİA) və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə mayın 10-da keçirilmiş “Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı” mövzusunda konfransı geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, tədbirə dair orijinal fotolarla təqdim olunan məlumatda diqqətə çatdırılır ki, əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin AZƏRTAC-ın binasının foyesindəki abidəsi önünə gül dəstələri qoyublar.
Konfrans ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
"Azərbaycan mətbuatı bu sınaqdan da uğurla, mətinləşərək çıxdı" sərlövhəsi ilə təqdim olunan materialda ulu öndər Heydər Əliyevin tarixi xilaskarlıq missiyası və sözügedən konfransın məram və məqsədləri barədə oxuculara müfəssəl məlumat verilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara