RƏSMİ XRONİKA
TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ
Hörmətli cənab Prezident!
Ölkənizdə baş vermiş təbii fəlakət - zəlzələ nəticəsində çoxsaylı insan tələfatının olması xəbəri məni ürəkdən kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə və həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2002-ci il