SİYASƏT
TVERDƏ AZƏRBAYCANLILAR NOVRUZ BAYRAMINI TƏNTƏNƏ İLƏ QEYD EDƏCƏKLƏR
AZƏRTAC-ın Tverdən aldığı xəbərdə deyilir ki, martın 20-də Tver vilayətindəki Azərbaycan diasporu “Proletarka” vilayət mədəniyyət sarayında Novruz bayramını təntənə ilə qeyd edəcəkdir.
Şənliklərin proqramına böyük konsert daxildir. Konsertdə Moskvada yaşayan həmyerlimiz Qorxmaz Axundovun rəhbərliyi ilə “Azərbaycan bülbülləri” uşaq folklor-musiqi ansamblı, Tverin “Simurq” rus folklor-musiqi ansamblı, “Bharat” hind xalq rəqs ansamblı çıxış edəcəklər.
Şənliklərdə Tver şəhər və vilayət rəhbərliyinin, habelə Azərbaycanın Moskvadakı səfirliyinin nümayəndələrinin də iştirak edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [11:50]
Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb
- 25.04.2024 [07:17]
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO
- 06.04.2024 [17:26]